Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir
# 12 mart 2018 03:30 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In Cənubi Koreyanın nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb.

"Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR