Kosta Rikada avtobus qatarla toqquşub, 30 nəfər xəsarət alıb

Kosta Rikada avtobus qatarla toqquşub, 30 nəfər xəsarət alıb
# 05 sentyabr 2015 04:17 (UTC +04:00)

Bakı-APA. Kosta Rikada avtobusun qatarla toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident zamanı 2 minik avtomobilinə də ziyan dəyib.

Zərərçəkənlər arasında çox sayda yeniyetmələr və bir hamilə qadının olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Polis hadisənin səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR