“Azərbaycan Beynəlxalq Bankı” öhdəliklərini azaldıb

“Azərbaycan Beynəlxalq Bankı” öhdəliklərini azaldıb
# 16 aprel 2018 10:36 (UTC +04:00)

2018-ci ilin I rübündə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aktivləri 8 mlrd. 403,162 mln. manata çatıb ki, bu da ötən ilin sonu ilə müqayisədə 3,35% azdır.

APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 6,38% azalaraq 1 mlrd. 670,399 mln. manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfelinin həcmi 17,39% azalaraq 4 mlrd. 258,827 mln. manat olub. Öhdəliklər isə 7 mlrd. 307,718 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin sonu ilə müqayisədə 5,66% azalma deməkdir.

Hesabat dövründə bankın məcmu kapitalı 634 mln. 134 min manat olub.

Qeyd edək ki, bu ilin ilk üç ayını bank 139 mln. 895 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR