Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə başlayıb

Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə başlayıb
# 21 iyul 2018 10:53 (UTC +04:00)

Bu gündən etibarən yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentlityindən “APA-Economics”ə verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub.

Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR