Zaqatalada 15 hektar ərazidə kol-kos yanıb

Zaqatalada 15 hektar ərazidə kol-kos yanıb
# 07 avqust 2017 13:07 (UTC +04:00)

Zaqatala rayonunda 15 hektar ərazidə kol-kos yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saat 12:30 radələrində Zaqatala şəhərinin yaxınlığında, Kebeloba kəndinin inzibati ərazisinə məxsus 50 hektar kol-kos olan ərazidə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın məhdudlaşdırılıb, hazırda tam söndürülmə işləri aparılır. Yanğının yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrinə və dağlıq meşəlik əraziyə keçməsinin qarşısı tam alınıb.

Yanğın zamanı 15 hektar sahədə kol-kos və quru ot yanıb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR