Azərbaycan paracüdoçusu İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub - FOTO - VİDEO

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 iyun 2015 17:56 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yığmamızın lideri İlham Zəkiyev (+90 kq) Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla güləşib. Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. "Neftçi İdman Klubu"nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda Aleksandr Pominovu məğlub edib.

Bundan əvvəl bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkib. Mislimov döyüşünü ipponla bitirib və bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR