AMB-nin notlarına 10 investor maraq göstərib

AMB-nin notlarına 10 investor maraq göstərib
# 02 avqust 2017 13:57 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 150 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 337 mln. 394 min 700 manat təşkil edib.

Sifarişlər 99,23 manat (10,01%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti - 99,23 manat (10.01%), orta ölçülmüş qiyməti - 99,23 manat (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 150 mln. manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 30 avqust 2017-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR