Son 1 ildə Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 7% azalıb

Son 1 ildə Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 7% azalıb
# 07 avqust 2015 14:49 (UTC +04:00)

Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 56,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,92% və ya 4,2 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iyun ayında dövlət büdcəsindən AİF-ə 4,7 mln. manatlıq vəsait ayrılıb.

Bu ilin yanvar-iyun aylarında AİF 37,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Bir aylıq fasilədən sonra iyunda fondun 10 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin iyulun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 584 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,73%, aylıq ödəniş isə 297,4 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 891 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,83%, aylıq ödəniş isə 318,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR