Naftalanda güllələnən qadın xəstəxanada ölüb - YENİLƏNİB-1

Naftalanda güllələnən qadın xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 28 mart 2018 19:44 (UTC +04:00)

Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında güllələnən qadın ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq Günay Zeynalova xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

***

16:57

Naftalan sakini güllələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında baş verib.

Orada qeydiyyatçı işləyən, 1987-ci il təvəllüdlü Günay Zeynalova mübahisə zəminində baş verən münaqişə nəticəsində sürücü Əli Hüseynov tərəfindən güllələnib.

Ə. Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

16:21

Naftalan sakini güllələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR