Bakı-Şamaxı-Yevlax yolunda motosiklet "KamAZ”la toqquşub, ağır xəsarət alan var

Bakı-Şamaxı-Yevlax yolunda motosiklet "KamAZ”la toqquşub, ağır xəsarət alan var
# 31 iyul 2017 08:04 (UTC +04:00)

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Kürdəmiş kənd sakini, 1966-cı il təvəllüdlü Fətullayev Zülfüqar Məmməd oğlu idarə etdiyi motosikleti qarşı tərəfdən gələn “KamAZ” markalı yük avtomobilinə çırpıb.

Hadisə zamanı motosikletin sürücüsü Z.Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR