Siyəzəndə qadını maşın vurub, vəziyyəti ağırdır

Siyəzəndə qadını maşın vurub, vəziyyəti ağırdır
# 02 yanvar 2020 22:16 (UTC +04:00)

Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, maşın yolu keçmək istəyən 1961-ci il təvəllüdlü, Hacıyeva Təranə Ağarəhim qızını vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR