İşə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

İşə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 18 may 2018 10:53 (UTC +04:00)

Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17000 manatlarının alındığını bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi RPİ-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR