Misir hərbçiləri Sinay yarımadasında 19 silahlını məhv edib

Misir hərbçiləri Sinay yarımadasında 19 silahlını məhv edib
# 17 oktyabr 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Misir hərbçiləri Sinay yarımadasında 19 silahlını məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata əsasən, oktyabrın 17-də səhər saatlarından hərbi aviasiya terrorçuların mövqelərinə hava zərbələri endirib. Silahlıların cəmləşdiyi ərazilər artilleriya atəşinə tutulduqdan sonra quru əməliyyatı başlayıb.

Ötən gün Şeyx Züveyd şəhərində silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb. Oktyabrın 14-də isə terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hücum ediblər, nəticədə 12 hərbçi ölüb, 6-sı yaralanıb, döyüş zamanı 15 terrorçu məhv edilib. İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR