Bakıda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə olunub

Bakıda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə olunub
# 30 may 2018 21:25 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR