PA rəsmisi bloger Lapşinin ekstradisiyasını şərh edib

PA rəsmisi bloger Lapşinin ekstradisiyasını şərh edib
# 10 fevral 2017 09:45 (UTC +04:00)

“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı olan blogerin Azərbaycana gətirilməsinin əhəmiyyətsizliyindən danışanların fikri yanlışdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə beynəlxalq cinayətlərlə bağlı qanunun təqdimatı zamanı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

O qeyd edib ki, “bu, əhəmiyyətli deyil” fikri yanlışdır: “Bizim həyata keçirdiyimiz iş qanun çərçivəsindədir və bundan sonra Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər məsuliyyəti dərk edəcəklər. Bu istiqamətdə tədbirlərimiz davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR