Rusiyada meşə yanğınlarının sahəsi 9 min hektar artıb

Rusiyada meşə yanğınlarının sahəsi 9 min hektar artıb
# 10 aprel 2018 03:51 (UTC +04:00)

Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi sutka ərzində 9 min hektar artıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, son sutka ərzində regionda 24 yeni meşə yanğını qeydə alınıb. Ümumilikdə yanğın ocaqlarının sayı 59-a çatıb.

Yanğınlardan ən çox Amur vilayəti zərər çəkib. Burada meşə yanğınları son sutka ərzində 8,1 min hektar meşə sahəsini məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR