Bank Of Baku

Şəhidin abidəsindən oğurluq edilib

Şəhidin abidəsindən oğurluq edilib
# 07 yanvar 2022 12:10 (UTC +04:00)

Biləsuvarda Vətən müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR