Nazir: "Sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir"

Nazir: "Sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir"
# 17 dekabr 2019 12:10 (UTC +04:00)

"Dövlət başçısının tapşırıqları əsasında son illərdə yeni istiqamətlər üzrə fəaliyyət göstərən bir sıra sosial xidmət müəssisələri, habelə Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb". APA-nın məlumatına görə, bunu “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək. Nazir deyib ki, ƏƏSMN-nin sosial sifarişləri əsasında uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan ibarət şəxslərə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Ümumilikdə sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir. Onlardan 50 faizə və ya 10 min nəfərə yaxını məhz ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan layihələr çərçivəsində xidmətlərlə təmin olunur".

S. Babayev hazırda nazirliyin sosial sifarişləri və nazirlik tərəfindən müəyyən olunmuş prioritetlər əsasında 66 QHT, həmçinin bir sıra hüquqi şəxs tərəfindən sosial xidmət layihələrinin icra olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR