Peruda iki gəmi toqquşub, ölən və itkin düşənlər var

Peruda iki gəmi toqquşub, ölən və itkin düşənlər var
# 26 yanvar 2018 22:56 (UTC +04:00)

Peruda yük gəmisi ilə balıqçı gəmisi toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 3 nəfər ölüb.

Məlumata əsasən, qəza yanvarın 24-də baş verib. İndiyədək 3 nəfərin meyiti aşkarlanıb. İtkin düşənlərin olduğu bildirilir.

Liberiya bayrağı altında üzən gəmi ilə toqquşan balıqçı gəmisi batıb. Yük gəmisinin heyəti arasında zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR