® “Unibank” daha bir nominasiyanın qalibi olub

<font color=red>® </font>“Unibank” daha bir nominasiyanın qalibi olub
# 28 iyul 2017 14:25 (UTC +04:00)

“Unibank” VISA kartları ilə edilən nağdsız ödəniş dövriyyəsini ən çox artıran bank nominasiyasının qalibi olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, nominasiya VISA ödəniş sistemi tərəfindən 2017-ci ilin 1-ci rübünün nəticələrinə əsasən müəyyənləşdirilib.

“Unibank” kartları ilə nağdsız ödənişləri etmək müştərilərə daha sərfəlidir. Çünki bankın bütün əmək haqqı kartları və eləcə də “ALBALI PLUS” kredit və “ALBALI PLUS” debet kartlarında “сashback” xidməti mövcuddur. Bu isə “Unibank” kartları ilə partnyor və qeyri-partnyor mağazalarda (http://www.unibank.az/az/private-clients/cashback/) alış-veriş edən müştərilərə 20%-dək “cashback” qazandırır.

“Unibank” ölkədə nağdsız hesablaşmaların həcminin artırılmasına, elektron ödəniş xidmətlərinin genişlənməsinə ən çox dəstək verən banklardandır. Bankın nağdsız hesablaşmaların həcminin artırılmasına verdiyi töhfədə “Unibank Mobile” əlavəsinin xüsusi rolu var. Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən “Unibank Mobile”, 60-a yaxın xidmət və məhsulları ilə müştərilərini elə telefonlarındaca bank xidmətləri ilə təmin edir. Bir neçə ay əvvəl istifadəyə verilən “Unibank Business Mobile” isə “Unibank” müştərisi olan fərdi sahibkarlara istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə etmək imkanı yaradır.

“Unibank” bundan sonra da nağdsız ödənişlərə öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

“Unibank” - hər kəsin bankı!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR