ETSN: Ölkədəki sürüşmə sahələri aktivləşib

ETSN: Ölkədəki sürüşmə sahələri aktivləşib
# 26 dekabr 2016 12:14 (UTC +04:00)

Azərbaycanda sürüşmə sahələrində monitorinq işləri davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya deyib ki, monitorinqlərin ilkin nəticələrinə əsasən, respublikada mühüm sürüşmə sahələrində aktivlik müşahidə olunur.

S. Əmiraslanov sürüşmə sahələrinin aktivləşməsinə meteoroloji amillərin səbəb olduğunu qeyd edib: “Biz hazırda Şamaxıda sürüşmə sahələrində müşahidələr aparırıq. Sabah cənub bölgəsindəki sürüşmə sahələrinə baxış keçiriləcək. Ayın sonunda isə respublika üzrə mühüm sürüşmə sahələrindəki vəziyyətlə bağlı geniş bülleten hazırlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR