Gədəbəydə at gənc oğlana ağır xəsarət yetirib

Gədəbəydə at gənc oğlana ağır xəsarət yetirib
# 06 iyul 2017 01:22 (UTC +04:00)

Gədəbəydə at 20 yaşlı gəncə ağır xəsarət yetirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samanlı kənd sakini, 1997-ci il təvəllüdlü Hümbətov Elmir Xəlil oğlu ağır vəziyyətdə Gəncə Təcili Tibbi Yardim xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Hümbətovun sözlərinə görə, tövlədə atı bağlamaq istəyən zaman at ona təpik vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR