ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
# 11 sentyabr 2017 16:28 (UTC +04:00)

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR