Göygöldə avtomobilindən düşmək istəyən sürücünü avtomobil vurub

Göygöldə avtomobilindən düşmək istəyən sürücünü avtomobil vurub
# 21 yanvar 2018 14:08 (UTC +04:00)

Göygöldə avtomobilindən düşmək istəyən Daşkəsən sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində baş verib.

Daşkəsən rayon sakini 1976-cı il təvəllüdlü Vüqar Alıyev öz minik avtomobilindən düşmək istəyən zaman hərəkətdə olan "QAZ" markalı avtomobil onun avtomobilinin qapısına çırpılıb.

Nəticədə V. Alıyev müxtəlif bədən xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən V. Alıyevin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR