XİN: Konstantin Zatulin Azərbaycan-Rusiya dostluğundan narahatdır

XİN: Konstantin Zatulin Azərbaycan-Rusiya dostluğundan narahatdır
# 22 dekabr 2016 13:56 (UTC +04:00)

“Ermənistan və erməni lobbi dairələrinin aləti olan Konstantin Zatulin Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi narahatlıq keçirir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı deputat Konstantin Zatulinin İrəvanda Dağlıq Qarabağın heç zaman Azərbaycana qaytarılmayacağı və Azərbaycan-Rusiya hərbi əməkdaşlığının Ermənistanın xeyrinə olmalı olduğu barədə səsləndirdiyi fikirləri şərh edərək bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından məlumatı az olan Zatulinin bu mənada narahatlığı və məyusluğu daha da artacaq: “Çünki Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çoxsaylı və böyük miqyaslı yeni layihələr və təşəbbüslər var”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR