Məhkəmə insan alverində təqsirləndirilən qadına şərti cəza verib

Məhkəmə insan alverində təqsirləndirilən qadına şərti cəza verib
# 29 dekabr 2016 09:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, G. Əhmədova barəsində 4 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 144.1 (nsan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR