NATO qərargahındakı 7 Rusiya diplomatı "arzuolunmaz şəxs" elan olunub

NATO qərargahındakı 7 Rusiya diplomatı "arzuolunmaz şəxs" elan olunub
# 27 mart 2018 15:59 (UTC +04:00)

Rusiyanın NATO-nun Brüsseldəki mənzil-qərargahında akkreditə olunmuş 7 diplomatı “arzuolunmaz şəxs” elan edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qərar NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən elan olunub. O bildirib ki, Skripal hadisəsi ilə əlaqədar Rusiyanın 7 diplomatı göndəriləcək, Rusiyanın NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərə endiriləcək.

Xatırladaq ki, martın 26-dan bəri ABŞ, Avropa İttifaqının əksər üzvləri və bəzi digər ölkələr Rusiya diplomatlarını "arzuolunmaz şəxs" elan etməyə başlayıblar. Bu gün Moldova və İrlandiya da bu prosesə qoşulub. Moldova 3, İrlandiya isə 1 Rusiya diplomatından ölkəni tərk etməyi tələb edib.

Qeyd edək ki, martın 4-də Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti, Böyük Britaniyada yaşayan Sergey Skripal və qızı Yuliya Solsberi şəhərində zəhərləniblər. Onların "Noviçok" tipli kimyəvi silah hücumuna məruz qaldığı müəyyən olunub. Britaniya hökuməti hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyub və bu ölkə ilə siyasi təmasları dayandırıb, 23 rusiyalı diplomatı və kəşfiyyatçını ölkədən çıxarıb. Ötən həftə keçirilən Avropa İttifaqı liderlərinin Brüssel görüşündə baş nazir Tereza Mey hadisə barədə həmkarlarına məlumat verib və onlara bəzi məxfi məlumatlar təqdim edib. Nəticədə Aİ liderləri də hadisədə Rusiyanı günahlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR