Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarıdır

Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarıdır
# 21 noyabr 2017 07:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 21 noyabr 2017-ci il tarixində səhər saat 9.00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR