Kanadada 5,7 bal gücündə zəlzələ baş verib

Kanadada 5,7 bal gücündə zəlzələ baş verib
# 24 dekabr 2019 07:32 (UTC +04:00)

Kanadanın qərb sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 19:13-də baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri isə Kanadanın Port Hardi yaşayış massivindən 170 kilometr qərbdə, Sakit Okeanda yerləşib.

Təbiət hadisəsi zamanı tələfatlar və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR