Şirvanda “Gənclər evi”nin açılışı olub

Şirvanda “Gənclər evi”nin açılışı olub
# 06 iyul 2017 13:25 (UTC +04:00)

Şirvanda “Gənclər evi”nin açılışı olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

A. Rəhimov bildirib ki, Şirvan şəhəri də daxil olmaqla, ölkəmizdə 39 “Gənclər evi” fəaliyyət göstərir. Onun sözlərinə görə, daha 4 “Gənclər evi”nin istifadəyə verilməsi nəzərdə tutulub: “Əminəm ki, gənclərin bir araya gəlməsi, onların müxtəlif layihə və ideyaları həyata keçirməsində “Gənclər evi”nin müstəsna rolu olacaq”.

Qonaqlar yeni binada yaradılan şəraitlə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR