Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə ediblər
# 20 yanvar 2018 20:07 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığı zamanı Suriyanın şimalında sabitliyin təmin edilməsi və böhranın dinc yolla nizamlanmasına dair məsələləri müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, telefon danışığı yanvarın 20-də ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər həmçinin yanvarın 30-da Soçidə keçiriləcək Suriya milli dialoq Konqresinə dair məsələləri müzakirə ediblər.

Lavrov və Tillerson digər aktual məsələləri də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR