Gürcüstanda diskriminasiya hallarının əksəriyyəti dini və etnik mənsubiyyətlə bağlıdır

Gürcüstanda diskriminasiya hallarının əksəriyyəti dini və etnik mənsubiyyətlə bağlıdır
# 18 oktyabr 2017 12:05 (UTC +04:00)

Gürcüstanda son bir ildə 201 diskriminasiya halı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan ombudsmanı Uça Nanuaşvilinin təqdim etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, diskriminasiya hallarının 12 faizi digər mövqe, 11 faizi cinsi və gender, 10 faizi dini mənsubiyyət, 9 faizi siyasi mövqe, 7 faizi isə etnik mənsubiyyətlə bağlıdır.

U. Nanuaşvili həmçinin ölkədə “Ətrafımızda bərabərlik” adlı məlumat kampaniyasına start verildiyini bildirib. Onun sözlərinə görə, Gürcüstanda diskriminasiyanın bütün formalarının aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılsa da, bərabərlik hələ də problem olaraq qalır.

Məlumat kampaniyasının məqsədi bərabərlik haqqında ictimai maarifləndirilmənin artırılması və mövcud stereotip yanaşmaların dəyişdirilməsinə nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR