Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
# 17 oktyabr 2016 22:52 (UTC +04:00)

Bakı-APA. Vyetnamda daşqın qurbanlarının sayı 25 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 21 nəfərin öldüyü bildirilirdi.

Yağan leysan yağışlar nəticəsində 100 min yaşayış evini su basıb, ölkənin mərkəzi bölgəsində əkin sahələri su altında qalıb.

Vyetnam ərazisinə “Sarika” qasırğasının yaxınlaşdığını bildirən sinoptiklər ölkədə yağışların davam edəcəyini proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR