Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub

Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub
# 02 aprel 2017 20:09 (UTC +04:00)

Slovakiya Fortuna Liqasında XXIII turu davam edir.

Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

“Yaşıl-sarılar” doğma meydanda “Presov”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil ehtiyat oyunçular skamyasında başladığı matçın 62-ci dəqiqəsində oyuna daxil olub və 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Beləliklə, millimizin hücumçusu Slovakiya çempionatında ilk qolunu vurub.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan “Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR