Maldiv adalarında fövqəladə vəziyyət rejimi tətbiq edilib

Maldiv adalarında fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 05 fevral 2018 17:48 (UTC +04:00)

Maldiv Respublikasının prezidenti Abdulla Yamin ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA-nın məlumatına görə, bu barədə “The Hindu” xəbər verib.

Qərar ölkədə yaşanan siyasi böhranla bağlıdır. Fövqəladə vəziyyət 15 gün davam edəcək.

Bundan əvvəl məlum olub ki, Maldiv Respublikasının Ali Məhkəməsi dövlət başçısını vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. Buna səbəb Abdulla Yaminin sabiq prezident Məhəmməd Naşidə qarşı irəli sürülmüş ittihamları ləğv etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR