Daşkəsən sakininə dana xəsarət yetirib

Daşkəsən sakininə dana xəsarət yetirib
# 16 iyul 2017 01:23 (UTC +04:00)

Daşkəsən sakininə dana xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Cəfərov Eldos Knyaz oğlu sol qulaq nahiyəsinin kəsilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, E.Cəfərov həyətində iribuynuzlu heyvanı bağlayarkən, dana ona buynuzu ilə xəsarət yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR