Kosta-Rikada 1 tona yaxın kokain müsadirə edilib

Kosta-Rikada 1 tona yaxın kokain müsadirə edilib
# 16 aprel 2017 02:34 (UTC +04:00)

Kosta-Rikanın sahil mühafizəsi qüvvələri 1 tona yaxın kokain müsadirə edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili işlər nazirliyinin məlumatında deyilir.

Narkotik maddələr Şimali Amerika istiqamətində üzən gəmidə xüsusi əməliyyat nəticəsində aşkar edilib. Hadisə ilə əlaqədar 4 nəfərin tutulduğu bildirilir. Onların hamısı Kosta-Rika vətəndaşlarıdır.

Bildirilir ki, əməliyyat Kosta-Rika və ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR