Putin: "Rusiya və Türkiyə qaz qiymətlərinə endirim barədə razılığa gəliblər"

Putin: "Rusiya və Türkiyə qaz qiymətlərinə endirim barədə razılığa gəliblər"
# 10 oktyabr 2016 20:28 (UTC +04:00)

Bakı-APA. Rusiya və Türkiyə "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Türk axını” layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik", deyə Putin bildirib.

Türkiyə üçün qaz endirimi ilə bağlı dövlət başçısı tərəfindən “Qazprom” şirkətinə müvafiq tapşırıqlar verilib. Iqtisadi məsələlər ilə yanaşı, Ərdoğan və Putin Suriyadakı vəziyyəti də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR