Qırğız Respublikası baş nazirinin müavini yol-nəqliyyat hadisəsində ölüb

Qırğız Respublikası baş nazirinin müavini yol-nəqliyyat hadisəsində ölüb
# 07 oktyabr 2017 07:38 (UTC +04:00)

Qırğız Respublikası baş nazirinin müavini yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

APA-nın "azattyk"a istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Bişkek-Qara balta yolunda baş nazirin müavini Temir Cumakadırovun xidməti avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik maşınında olan T. Cumakadırov və daha iki nəfər aldığı xəsarətdən ölüb.

1979-cu il təvəllüdlü T. Cumakadırov bu il baş nazirin müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR