Qızıl mükafatçı Teymur Məmmədov: "Məni saxlamaq mümkün deyil, çempion olmalı idim"

Qızıl mükafatçı Teymur Məmmədov: "Məni saxlamaq mümkün deyil, çempion olmalı idim"
# 25 iyun 2015 18:06 (UTC +04:00)

Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı Teymur Məmmədov deyib.

81 kq çəki dərəcəsində finalda da qələbə sevinci yaşayan idmançımız fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Avropa Oyunlarındakı uğurunu şərh edən Məmmədov final döyüşünün ağır keçmədiyi qeyd edib: “Döyüş o qədər ağır keçmədi. Mən hamıdan güclü idim”.

Gələcək planları barədə danışan idmançı bildirib ki, məşqlərə davam edəcək: “Mən dayanmayacam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.

Məmmədov qalibiyyətini oğluna həsr etdiyini vurğulayıb: “İnşallah, bu yaxınlarda oğlum olacaq. Mən bu qələbəni ona həsr edirəm. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR