Aİ-nin xüsusi nümayəndəsi yüksək səviyyəli məsləhətləşmələr üçün Azərbaycana gəlir

Aİ-nin xüsusi nümayəndəsi yüksək səviyyəli məsləhətləşmələr üçün Azərbaycana gəlir
# 15 oktyabr 2016 08:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək.

Xüsusi nümayəndənin ofisindən APA-ya verilən məlumata görə, səfər oktyabrın sonuncu həftəsinə planlaşdırılır. Lakin dəqiq tarix hələlik məlum deyil.

Səfərin məqsədi Azərbaycanda yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR