Astanada Suriya böhranı üzrə məsləhətləşmələr başa çatıb

Astanada Suriya böhranı üzrə məsləhətləşmələr başa çatıb
# 22 yanvar 2017 18:23 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranı üzrə danışıqlar ərəfəsi Rusiya, İran və Türkiyə nümayəndə heyətlərinin məsləhətləşmələri başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, altı saata yaxın davam edən görüşdə Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev, İran xarici işlər nazirinin müavini Hüseyn Ənsari və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal iştirak edib.

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq. İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR