Çində kömür mədənində partlayış baş verib, ölənlər var - YENİLƏNİB

Çində kömür mədənində partlayış baş verib, ölənlər var - <span style="color: red;">YENİLƏNİB
# 14 fevral 2017 02:42 (UTC +04:00)

Çinin Hunan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 1-i yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində dağıntılar altında qalan 3 nəfərin taleyi naməlumdur.

Partlayış zamanı mədəndə 29 şaxtaçı olub. İnsident Loudi şəhəri yaxınlığında yerləşən mədəndə qeydə alınıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

***

05:16

Çinin cənub-şərqində Hunan əyalətində kömür mədənində partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Loudi şəhəri yaxınlığında yerləşən mədəndə qeydə alınıb.

Hadisə nəticəsində dağıntılar altında 11 şaxtaçı qalıb, onların taleyi naməlumdur.

Partlayış zamanı mədəndə 29 şaxtaçı olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Partlayışın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR