PSJ - “Bordo” matçı öncəsi terror aktının qarşısı alınıb

PSJ - “Bordo” matçı öncəsi terror aktının qarşısı alınıb
# 03 oktyabr 2017 13:52 (UTC +04:00)

Sentyabrın 30-da Parisdə keçirilən PSJ - “Bordo” futbol qarşılaşması öncəsi “Park de Prens” stadionu yaxınlığında əldə düzəldilmiş partlayıcı qurğu tapılıb.

APA-nın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.

Qurğu səhər saatlarında yerli sakin tərəfindən aşkar edilib. Paris ətrafında polis tərəfindən reyd davam etdirildiyi üçün əməliyyatın detalları indiyə qədər açıqlanmayıb.

Hadisə ilə əlaqədar müşahidə altında olan müsəlman sakin də daxil olmaqla, 5 nəfər saxlanılıb.

Qeyd edək ki, oyunu 47 min tamaşaçı izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR