Şamaxıda kişi dağda donaraq ölüb

Şamaxıda kişi dağda donaraq ölüb
# 27 fevral 2019 10:19 (UTC +04:00)

Şamaxının Göylər kəndi ərazisində kişi meyiti tapılıb.

ONA-nın yerli bürosunun xəbərəinə görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin aşkar edildiyi yerə baxış keçiriblər. İlkin araşdırma zamanı məlum olub ki, ölən şəxs Şamaxının Göylər kənd sakini, 1968-ci il təvəllüdlü Taleh Rövşən oğlu Məhyəddinovdur.

Mərhumun qardaşı bildirib ki, mərhum evdən çıxıb və qayıtmayıb. Kənd sakinləri, qohumlar, qonşular səhərə qədər onu axtarsalar da, tapa bilməyiblər. Meyitin üzərində zorakılıq əlamətləri və xəsarət izləri aşkar edilməyib. Əsəb xəstəsi olan Taleh Məhyəddinovun gecə dumanlı havada evə qayıda bilmədiyi və dağda güclü şaxta səbəbindən donaraq öıdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR