ABŞ-da təyyarə qəzaya uğrayıb

ABŞ-da təyyarə qəzaya uğrayıb
# 09 mart 2019 08:39 (UTC +04:00)

ABŞ-ın Florida ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.

Tampa Beynəlxalq Hava Limanından səmaya qalxan təyyarə gölə düşüb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR