Bakıda benzin istehsalı azalıb, dizel istehsalı artıb

Bakıda benzin istehsalı azalıb, dizel istehsalı artıb
# 30 mart 2018 13:24 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 433,3 mln. manat olub.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 1% azalma deməkdir.

Bu ilin iki ayında neft məhsullarından avtomobil benzininin istehsalı 0,2% azalaraq 209,6 min ton təşkil edib. Bu müddət ərzində ağ neftin istehsalı 15,7% azalaraq 88,7 min ton olub.

Yanvar-fevral aylarında paytaxtda yanacaq mazutunun istehsalı 91,4% azalaraq 12,4 min ton olub. Bu müddət ərzində sürtgü yağlarının istehsalı 16,7% azalaraq 2,5 min ton olub.

Bu ilin iki ayında paytaxtda dizel yanacağının istehsalı 3,8% artaraq 328,3 min ton, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 21,2% artaraq 41,1 min ton, neft bitumunun istehsalı 3,4 dəfə artaraq 36,4 min ton olub.

Bu ilin iki ayında neft koksunun istehsalı 43,6% artaraq 40,5 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR