Tiflisdə NATO Hərbi Komitəsinin iclası keçirilir

Tiflisdə NATO Hərbi Komitəsinin iclası keçirilir
# 03 mart 2017 11:23 (UTC +04:00)

Tiflisdə NATO Hərbi Komitəsinin iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO Hərbi Komitəsinin sədri, general Petr Pavel Gürcüstanın NATO-nun önəmli tərəfdaşı olduğunu bildirib.

Gürcüstan müdafiə naziri Levan İzoria isə NATO-nun Gürcüstana dəstəyinin önəmli olduğunu qeyd edib: “Biz NATO Hərbi Komitəsinin rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik, mövcud işgüzar və praktiki mexanizmləri daha da təkmilləşdirəcəyik. Bu gün regionda Rusiyadan qaynaqlanan təhlükəsizlik problemləri fonunda NATO-nun önəmli dəstəyi var. Bunu NATO Hərbi Komitəsinin yığıncağının ikinci dəfə Gürcüstanda keçirilməsi haqqında qərarı və dəstəyi sübut edir. Ümid edirik ki, Gürcüstan alyansın etibarlı tərəfdaşı kimi avroatlantik ailənin gələcək üzvü kimi tanınacaq”.

L. İzoria Gürcüstan Silahlı Qüvvələrində aparılan islahatlardan da danışıb: “Silahlı Qüvvələrimizdə keçirilən islahatlar müdafiə potensialımızı, imkanlarımızı artırır. İslahatlar beynəlxalq təhlükəsizliyə töhfə verir, eyni zamanda, ölkəmizi xarici təcavüzdən qorumağa imkan verir”.

Müdafiə naziri 2017-2020-ci illər üçün yeni strategiyanın əsas istiqamətləri haqqında məlumat verib, NATO-Gürcüstan əməkdaşlıq formatında NATO-Gürcüstan əhəmiyyətli paketi (S NGP) prosesi barədə danışıb.

Sonra NATO-Gürcüstan birgə Təlim və Qiymətləndirmə Mərkəzinin layihə rəhbəri, polkovnik Qriqori Çelidze Silahlı Qüvvələrə aid layihəni təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR