Oğuz və Tərtərdə biçilməmiş taxıl sahələri yanıb

Oğuz və Tərtərdə biçilməmiş taxıl sahələri yanıb
# 23 iyun 2015 19:52 (UTC +04:00)

Bakı-APA. Oğuz və Tərtər rayonlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Böyük Söyüdlü kəndində vətəndaşlara məxsus 20 ha biçilməmiş taxıl sahələri və Xaçmaz kənd bələdiyyəsinə məxsus ərazidə 52 ha biçilmiş taxıl sahəsi yanıb. Ərazidəki digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Tərtər rayonu, Şıxarx qəsəbəsində (rayon mərkəzindən 9 km aralı) bələdiyyəyə məxsus ərazidə 4 ha biçilməmiş taxil sahəsi və 20 ha sahədə quru ot yanıb. Ərazidə olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR