Baş katib: "GUAM ərazisindəki münaqişələr ölkələrin ərazi bütövlüyü və suverenliyini sarsıdır"

Baş katib: "GUAM ərazisindəki münaqişələr ölkələrin ərazi bütövlüyü və suverenliyini sarsıdır"
# 22 fevral 2017 14:06 (UTC +04:00)

"GUAM ölkələri ərazisindəki münaqişələr bu dövlətlərin ərazi bütövlüyü və suverenliyini sarsıdır".

APA-nın "reliefweb.int"ə istinadən verdiyi məlumata görə, bu sözləri Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev deyib. BMT Təhlükəsizlik Şurasının Avropada münaqişələrə həsr olunmuş iclasında çıxış edən A. Əfəndiyev bildirib ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələr sülh, təhlükəsizlik, regional səviyyədə əməkdaşlığa mənfi təsir göstərir.

A. Əfəndiyev nəzərə çatdırıb ki, münaqişələr milyonlarla insanın həyatına təsir edib və onların hazırda dəstək və müdafiəyə ehtiyacı var: “Münaqişələrin sülh yolu ilə həlli Avropada hərtərəfli və uzunmüddətli təhlükəsizliyə nail olmağa imkan verəcək. Burada beynəlxalq Cenevrə danışıqları, ATƏT-nın Minsk qrupu, Dnestryanı münaqişəyə dair 5+2 danışıqları, üçtərəfli kontakt qrupu kimi beynəlxalq vasitəçilik mexanizmlərinin rolu vacibdir”.

Diplomatın qənaətinə görə, bütün maneələrə baxmayaraq, BMT mürəkkəb çağırışların həllində əvəzolunmaz forum olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR